Naxçıvanda telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı işlərə başlanılıb

Naxçıvanda telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı işlərə başlanılıb
# 18 sentyabr 2020 14:08 (UTC +04:00)

Naxçıvanda telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı işlərə başlanılıb.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan məsələyə dair keçirilən müşavirədə tapşırılıb ki, yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılsın, mal-material ehtiyatı yaradılsın.

Verilən tapşırıqların icrasına uyğun olaraq Babək Rayon Rabitə İdarəsi tərəfindən payız-qış aylarında sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən, generatorlara, akkumulyatorlara və xətt təsərrüfatına texniki baxışın keçirilməsi, aşkar olunan müxtəlif tutumlu yararsız kabel və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR