Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb - FOTO

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb - FOTO
# 14 aprel 2021 18:16 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb.

"APA-Economics"in Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd olunub.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında avtomobil və hava nəqliyyatı, eləcə də beynəlxalq kombinə edilmiş yük daşımaları sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin GUAM və TRACECA kimi beynəlxalq təşkilatlar və təşəbbüslər çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR