Nobel prospektində oğurlanmış yağış barmaqlıqları bərpa olunub - FOTO

Nobel prospektində oğurlanmış yağış barmaqlıqları bərpa olunub - FOTO
# 31 mart 2021 15:08 (UTC +04:00)

Səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı ərazilərdən biri Nobel prospektidir. Prospektdə qısa müddət ərzində 97 ədəd barmaqlıq yoxa çıxıb. Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında deyilir.

Qeyd olunub k, oğurluq faktı ilə əlaqədar olaraq agentlik tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib və qısa müddət ərzində yağış barmaqlıqlarını oğurlayanlar aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Oğurlanmış barmaqlıqların 19-u geri qaytarılıb, 78-i isə bu gün agentlik tərəfindən yeni alınaraq çatışmayan yerlərə qoyulub.

“Analoji faktlar müxtəlif vaxtlarda mərkəzi küçə və prospektlər istisna olmaqla digər prospekt və yollarda da qeydə alınır. Sözügedən faktlarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət olunub və qısa müddət ərzində həmin ərazilərdə səth sularının axıdılması üçün nəzərdə tutulmuş quyuların barmaqlıqlarının yerlərinə quraşdırılması təmin olunacaq”, - açıqlamada deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR