Növbəti satışda 401 ailə Hövsan yaşayış kompleksində güzəştli mənzilə sahib olub

Növbəti satışda 401 ailə Hövsan yaşayış kompleksində güzəştli mənzilə sahib olub
# 28 yanvar 2021 11:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan yaşayış kompleksində 10.09.2020 və 14.09.2020-ci il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı uğurla başa çatdırılıb.

MİDA-dan “APA-Economics”ə verilən məlumata görə, mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.

2 mənzil isə 10.09.2020-ci il tarixində Hövsan yaşayış kompleksində mənzil seçib, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinə təqdim edilib. Belə ki, “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçən Hüseynov Orxan Bəhmən oğlu və Hüseynov Fərid Fətəli oğlu Hövsan yaşayış kompleksində mənzillərin satışında uğurla iştirak edərək ikiotaqlı mənzil seçiblər. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçi şəhidlik zirvəsinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.

Xatırladaq ki, Hövsan yaşayış kompleksində 30.06.2020-ci il tarixində keçirilən ilk satışın nəticəsində 224 ailə güzəştli mənzilə sahib olub. Ümumilikdə, iki satışın nəticəsində 625 ailə Hövsan yaşayış kompleksində güzəştli mənzil əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR