Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə müşavir təyin olunub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə müşavir təyin olunub
  • Clock-gray 15:21
  • calendar-gray 02 Mart 2021

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni vəzifə təyinatı olub.

Bu barədə "APA-Economics"ə nazirlikdən bildirilib.

Qeyd olunub ki, nazirin müşaviri vəzifəsinə Qəhrəman Kazımov təyin edilib.

Q. Kazımov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, 2002-2006-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Macarıstanda İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə İsveçdə təhsilini davam etdirib, Telekommunikasiya Sektorunda Biznesin İnkişafı üzrə təhsil proqramının məzunu olub.

Q. Kazımov 2008-2009-cu illərdə "British Petroleum" şirkətində Təchizat Proseslərinin İdarə Olunması şöbəsində işləyib. 2009-2018-ci illərdə "Azercell Telekom" şirkətində, 2018-2021-ci illərdə isə "Azerfon" MMC ("Nar") şirkətində strategiya, kommersiya, marketinq, satış, biznesin inkişafı, qiymət siyasəti kimi istiqamətlər üzrə rəhbər vəzifələrdə işləyib.

İngilis, rus və türk dillərini bilir.

Hüseyn Vəliyev

Digər xəbərlər