Özbəkistanda bu il Azərbaycan kapitallı 65 müəssisə fəaliyyətə başlayıb

Özbəkistanda bu il Azərbaycan kapitallı 65 müəssisə fəaliyyətə başlayıb
# 27 noyabr 2020 16:50 (UTC +04:00)

Özbəkistan inevstorları Qarabağa sərmayə yatırmağa dəvət olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasından “APA-Economics”ə verilən məlumata görə, bunu təşkilatın prezidenti Məmməd Musayev Azərbaycan-Özbəkistan İşgüzar Şurasının birinci iclasında çıxış edərkən deyib.

O, dövlətlər arasında ticarət dövriyyəsinin 2019-cu ildə 82 milyon dollar olduğunu, Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələrin arealının genişləndiyini diqqətə çatdıraraq, Naxçıvan koridorunun açılması ilə Cənubi Qafqazı, Türkiyəni Orta Asiya türk dövlətləri ilə birləşdirəcək səmərəli tranzit əlaqələrinin yaranacağını söyləyib.

Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Adxam İkramov öz növbəsində bildirib ki, pandemiya olmasına baxmayaraq ötən 8-9 ay ərzində Özbəkistanda Azərbaycan kapitallı 65 müəssisə fəaliyyətə başlayıb. O əlavə edib ki, Özbəkistan Azərbaycan vasitəsilə Avropaya çıxa bilər və bu yolda Azərbaycan xüsusilə vacib geosiyasi məkanda yerləşir.

İclasda Qarabağın iqtisadi potensialı ilə bağlı təqdimat keçirilib və hər iki ölkənin əczaçılıq, turizm sektoru, investisiya imkanları, vergi-gömrük sistemi ilə bağlı suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR