Özbəkistanla Tacikistan arasında müntəzəm aviareyslər bərpa edilir

Özbəkistanla Tacikistan arasında müntəzəm aviareyslər bərpa edilir
# 18 yanvar 2021 12:07 (UTC +04:00)

"Özbəkistan Hava Yolları" aviaşirkəti Daşkənd-Düşənbə-Daşkənd marşrutu üzrə müntəzəm uçuşların bərpa edir.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, uçuşlar həftədə bir dəfə, çərşənbə günü yerinə yetiriləcək.

Tacikistanın "Somon Air" aviaşirkəti isə həftənin cümə günləri Düşənbə-Daşkənd-Düşənbə marşrutu üzrə uçuşlarına start verəcək.

Qeyd edək ki, ötən ilin dekabrın 25-dən Özbəkistana gələn bütün sərnişinlər hava limanına çatdıqdan sonra COVID-19 testindən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR