Pandemiya Avropa və Şimali Amerikada internet trafiki kəskin artırıb

Pandemiya Avropa və Şimali Amerikada internet trafiki kəskin artırıb
# 18 noyabr 2020 10:20 (UTC +04:00)

Avropa və Şimali Amerikada internet trafiki ilin əvvəlindən 30-50%, video-konfrans trafiki 350-700%, DDoS hücumları 50%, oyun trafiki isə 100-150% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Nokia"nın illik hesabatında ("Network Intelligence Report") deyilir.

"Mart-aprel aylarından COVID-19 infeksiyası fonunda təcridetmə tədbirləri tətbiq olunduqdan sonra istehlakçı və biznes davranışları interneti dəyişdirib. Belə ki, Avropa İttifaqında mart ayında tətbiq olunan təcridetmə zamanı "WhatsApp" tətbiqinin trafiki 609% artıb, platformadan asılı olaraq, video-konfransların trafiki 350-700%, "Skype" – 304%, "PlayStation" – 170%, "Netflix" – 58%, "Facebook" – 27%, "YouTube" trafiki isə 13% artıb", - hesabatda qeyd olunub.

Pandemiya dövründə həmçinin, DDoS trafikinin də 40-50% artdığı qeyd olunur.

Hazırda genişzolaqlı şəbəkə əhəmiyyətli dərəcədə vacib xidmət olduğundan, şəbəkə infrastrukturunu və xidmətlərini qorumaq olduqca vacib amilə çevrilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR