Pandemiya Azərbaycanın startap sahəsinə təsir edib

Pandemiya Azərbaycanın startap sahəsinə təsir edib
# 16 dekabr 2020 13:57 (UTC +04:00)

Yeni növ koronavirus (COVID-19) pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da startap sahəsinə təsirsiz ötüşməyib.

"APA-Economics" xəbər verir ki, bunu "İnnovasiya həftəsi" çərçivəsində keçirilən "Made in Azerbaijan: "İnnovasiyalar və Texnologiyalar" onlayn forumunda çıxış edən "Innoland" inkubasiya və akselerasiya mərkəzinin direktoru Məmməd Kərim deyib.

Onun sözlərinə görə, bu səbəbdən hazırda risk edib, biznesi başlamaq istəyənlərin sayı azalıb: "Portfolioya baxsaq, ənənəvi biznesdən asılı olan startaplar görmək mümkündür ki, onların biznesləri, demək olar, tamamilə dayanıb. Bunlar oflayn tədbirlərin təşkili ilə bağlı, eləcə də səyahətlə əlaqəli digər startaplardır. Onlar çalışırlar ki, bu vəziyyətdən çıxsınlar. Ümumiyyətlə, cari vəziyyət belədir ki, 50% startaplarda durğunluq müşahidə olunur, 30% startaplarda kiçik də olsa artım var, 20% startaplar isə bu vəziyyətdən faydalanır və bizneslərini böyüdürlər. Bizim məqsəd – sözügedən 30% startapa müəyyən qədər dəstək olmaqdır ki, onlar bir qədər də dözə bilsin. Çünki reallığı qəbul etmək lazımdır – iqtisadiyyatda və bütün sahələrdə nəinki Azərbaycanda, ümumiyyətlə, bütün dünyada kiçilmə var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR