"PayPal" Rusiyada daxili köçürmələri dayandırır

"PayPal" Rusiyada daxili köçürmələri dayandırır
  • Clock-gray 17:20
  • calendar-gray 09 İyul 2020

"PayPal" beynəlxalq ödəniş sistemi bu ilin 31 iyul tarixindən etibarən Rusiya daxilində istifadəçilər arasında köçürmələrin dayandıracağını elan edib.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "PayPal" rəsmi veb-səhifəsində bildirib.

"Biz istifadəçi ilə "PayPal" arasında münasibətləri tənzimləyən müqavilələrə dəyişiklik edirik. Bundan sonra yalnız beynəlxalq ödənişlərə dəstək verəcəyik. "PayPal" xidmətlərindən adi qaydada istifadə etmək mümkün olacaq, lakin siz yalnız xarici "PayPal" istifadəçilərinə ödəniş edə və xarici "PayPal" istifadəçilərindən ödəniş qəbul edə bilərsiniz. Siz Rusiyadakı "PayPal" istifadəçilərinə ödəniş edib və vəsait qəbul edə bilməyəcəksiniz", - məlumatda deyilir.

Şirkət həmçinin, ölkədaxili ödənişlər üçün nəzərdə tutulan komissiyaları ödəniş cədvəldən çıxarıb. Eyni zamanda Moskvadakı ofis fəaliyyətini dayandırmayacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər