"PayPal"ın Azərbaycana gəlməsi ləngiyir

"PayPal"ın Azərbaycana gəlməsi ləngiyir
  • Clock-gray 11:05
  • calendar-gray 09 İyun 2020

Koronavirus pandemiyası səbəbindən "PayPal" ödəniş sisteminin rəsmi olaraq Azərbaycanda fəaliyyətə başlaması ləngiyir.

"APA-Economics"in əldə etdiyi məlumata görə, hazırda buna dair konkret irəliləyiş olmasa da, istisna deyil ki, ilin sonuna bu məsələ aktuallaşa bilər.

Qeyd edək ki, ötən ilin sonu "PayPal"a ölkədə fəaliyyətinin təşkilinə dair dövlət səviyyəsində rəsmi müraciət ünvanlanıb. Müraciətdə ölkədə nağdsız ödənişlərin prioritet sahə olduğu və bu sahənin inkişafı ilə bağlı görülən işlər əks olunub.

Müraciətin rəsmi dövlət səviyyəsində ünvanlandığını nəzərə alaraq, bu addım "PayPal" tərəfindən müsbət qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, "PayPal" ödəniş sistemin postsovet məkanında tam fəaliyyəti hazırda Latviyada, Litvada, Estoniyada, Rusiyada, Moldovada, Gürcüstanda və Qazaxıstanda mövcuddur.

Hüseyn Vəliyev

Digər xəbərlər