"Pegas Fly" Bakıya uçuşları bərpa edir

"Pegas Fly" Bakıya uçuşları bərpa edir
# 11 fevral 2021 16:00 (UTC +04:00)

Rusiyanın "Pegas Fly" aviaşirkəti Nijni Novqoroddan Bakıya uçuşları bərpa edir.

"APA-Economics"in "Kommersant"a istinadən verdiyi məlumata görə, uçuşlara fevralın 17-dən etibarən başlanacaq. Uçuşlar Nijni Novqorodun Striqino aeroportundan həftədə bir dəfə – çərşənbə axşamı həyata keçiriləcək.

Qeyd edək ki, Striqino hava limanından beynəlxalq uçuşların bərpasına 8 fevral tarixindən etibarən icazə verilib. Pandemiya şəraitində sərhədlərin bağlanması səbəbindən uçuşlar 2020-ci ilin yazında dayandırılmışdı.

Xatırladaq ki, fevralın 17-dən etibarən Rusiyanın "Aeroflot" aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır (Şeremetyevo hava limanı). Uçuşlar həftədə iki dəfə – I və IV günlər həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR