"Pegasus Airlines" İzmir-Bakı aviareysinin açılışını təxirə salıb

"Pegasus Airlines" İzmir-Bakı aviareysinin açılışını təxirə salıb
# 04 mart 2020 10:20 (UTC +04:00)

Türkiyənin "Pegasus Airlines" aviaşirkəti İzmir-Bakı aviareysinin açılışını təxirə salıb.

"APA-Economics"in aviaşirkətin saytına istinadən xəbər verir ki, bu ilin martın 10-na planlaşdırılan İzmir-Bakı birbaşa sərnişin aviareysi üzrə ilk uçuş aprelin 2-nə keçirilib. Artıq aviaşirkət bununla bağlı mart ayına bilet almış sərnişinlərə xəbər göndərib. Bakıdan İzmirə ilk reys aprelin 3-də həyata keçiriləcək.

Qeyd edək ki, İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR