"Pegasus" Antalya-Moskva aviareysi üzrə uçuşlara başlayıb

"Pegasus" Antalya-Moskva aviareysi üzrə uçuşlara başlayıb
# 12 noyabr 2020 14:09 (UTC +04:00)

Türkiyənin "Pegasus Airlines" aviaşirkəti Antalya-Moskva müntəzəm aviareys üzrə uçuşlara başlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Moskvanın "Domodedovo" aeroportunun açıqlamasında deyilir.

Qeyd olunur ki, uçuşlar həftədə üç dəfə həyata keçiriləcək.

"Pegasus" bu ilin avqustun 1-dən etibarən İstanbul-Moskva, avqustun 16-dan isə Alanya-Moskva aviareysi üzrə uşulara başlayıb. Sentyabr ayında isə aviadaşıyıcı Bodrum və Dalaman kurort şəhərlərinə uçuşlarını bərpa edib.

"Rusiya ilə Türkiyə arasında uçuşların bərpasından sonra 52 min sərnişin "Pegasus Airlines"ın reyslərindən yararlanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur", - aeroportun açıqlamasında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR