Pekin 8 ölkədən aviareyslərin qəbulunu bərpa edir

Pekin 8 ölkədən aviareyslərin qəbulunu bərpa edir
# 02 sentyabr 2020 13:35 (UTC +04:00)

Sentyabr ayının 3-dən etibarən Pekinə səkkiz ölkədən doqquz beynəlxalq aviareyslər üzrə uçuşlar bərpa olunur.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mülki Aviasiya Administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, uçuşlar Tailand, Kamboca, Pakistan, Yunanıstan, Danimarka, Avstriya, İsveç və Kanadadan həyata keçiriləcək. Pekinə ilk birbaşa aviareys Kambocanın paytaxtı Pnompen şəhərindən olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR