Pirallahı YTP-yə dörd yeni rezident qəbul olunub

Pirallahı YTP-yə dörd yeni rezident qəbul olunub
  • Clock-gray 09:51
  • calendar-gray 23 İyun 2020

Daha 4 şirkətə Pirallahı Yüksək Texnologiyalar Parkında (YTP) fəaliyyət göstərmək üçün qeydiyyat şəhadətnaməsi verilib.

Bu barədə “APA-Economics”ə İnnovasiyalar Agentliyindən bildirilib.

Agentlikdən qeyd olun ki, qeydiyyat şəhadətnaməsi “Hadith Rock Light”, “Smart Home”, “RD Smart” və “iQrex” MMC-yə təqdim olunub.

Qeyd edək ki, bu günədək Agentlik tərəfindən qeydiyyat şəhadətnaməsi Pirallahı YTP-də və Mingəçevir YTP-də fəaliyyət göstərmək üçün “Htech Invest” və “CRM Group” şirkətlərinə verilib.

Hüseyn Vəliyev

Digər xəbərlər