Qarabağda yüksək texnologiyalar parkları yaradılacaq

Qarabağda yüksək texnologiyalar parkları yaradılacaq
# 18 fevral 2021 18:38 (UTC +04:00)

Türkiyənin İstanbul Texnoparkı ilə Azərbaycanın İnnovasiyalar Agentliyi arasında "Yüksək Texnologiyalar sahəsində Əməkdaşlıq" üzrə memorandum imzalanıb.

İnnovasiyalar Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, memorandumda tərəflərin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub.

Əməkdaşlıq çərçivəsində, Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması, gənc mütəxəssislərin yetişdirilməsi, eyni zamanda bilik və təcrübələrin paylaşması məqsədi ilə mütəmadi olaraq inkubasiya və akselerasiya proqramları, texnologiya transferi proqramları həyata keçiriləcək. Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil edilməsi, hər iki ölkədə nümayəndəliklərin və ən əsası isə Qarabağda müştərək yüksək texnologiyalar parklarının yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR