Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun yenidən qurulmasına 10 milyon manat ayrılıb

Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun yenidən qurulmasına 10 milyon manat ayrılıb
# 30 iyul 2020 14:47 (UTC +04:00)

Prezident İlham Əliyev Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10,0 (on) milyon manat ayrılsın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR