Qazaxıstan Bakı dəniz limanından istifadə edəcək

Qazaxıstan Bakı dəniz limanından istifadə edəcək
# 16 aprel 2020 11:37 (UTC +04:00)

“Qazaxıstan Dəmir Yolu” SC-nin törəmə şirkəti – “KTJ Express” SC Sian (Çin) - İzmit (Türkiyə) marşrutu boyunca müntəzəm konteyner xidməti təşkil edib. İstehlak malları ilə yüklənmiş 41 qırx futluq konteynerdən ibarət yük qatarı aprelin 15-də Çinin Sian şəhərindən yola düşüb.

Yük qatarı 16 gündən sonra 6,7 min km məsafəni və dörd ölkənin: Çin, Qazaxıstan, Azərbaycan və Türkiyə ərazisini qət edərək son nöqtəyə çatacaq. Konteyner Çin və Qazaxıstan sərhəddində yerləşən Altınkol dəmiryolu sərhəd keçidindən keçəcək. Sonra qatar Qazaxıstanın Aktau limanına gedəcək və gəmi yükləri Bakı limanına, oradan da Türkiyəyə çatdırılacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu marşrut respublika ixracatçılarına məhsullarını Azərbaycan, Gürcüstan, Türkiyə, eləcə də Qara və Aralıq dənizlərinin limanlarına çatdırmaq imkanı verir.

Çatdırılma tezliyi və geri dönüş üçün konteynerin yüklənməsi hələ müəyyənləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR