Qəbələnin ilk beşulduzlu hoteli təmirə bağlanır

Qəbələnin ilk beşulduzlu hoteli təmirə bağlanır
# 07 yanvar 2020 12:36 (UTC +04:00)

Qəbələdə yerləşən “Qafqaz Resort Hotel” fəaliyyətini müvəqqəti olaraq dayandırır.

“Gilan Holding”dən “APA-Economics”ə verilən məlumata görə, həm azərbaycanlı, həm də xarici qonaqlar tərəfindən ən tanınan və sevilən Qəbələ hotellərindən biri olan – “Qafqaz Resort Hotel” yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır. Hotel may ayında yenidən qapılarını qonaqlar üçün açacaq.

“Qafqaz Resort Hotel” 98 lüks nömrədən ibarətdir. Hotelin standart, yarımlüks, kral otağı, prezident apartamentləri, kral-lüks və ailəvi lüks kateqoriyalardan ibarət nömrələri təmirlə əlaqədar müvəqqəti olaraq may ayına kimi qonaqları qəbul etməyəcək.

Əsaslı təmir işləri bütünlüklə “Qafqaz Resort Hotel”ə şamil olunacaq, bunlar həm eksteryerin, həm də interyerin yenilənməsi ilə qonaqlarda uzun illər unudulmaz təəssüratlar yaradacaq.

Qeyd edək ki, “Qafqaz Resort Hotel” Qəbələdə ilk beşulduzlu hotel olmaqla 2008-ci ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR