Ramin Quluzadə Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Ramin Quluzadə Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 01 dekabr 2020 15:52 (UTC +04:00)

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp arasında görüş keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayan nazir, ölkədə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə səfirə məlumat verib.

Nazirlikdə baş tutan görüşdə ölkələr arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR