"Renessans Palace" Novruz kampaniyasına start verib - FOTO

"Renessans Palace" Novruz kampaniyasına start verib - FOTO
# 03 mart 2020 14:01 (UTC +04:00)

Ötən ilin sentyabrından yaşayışa təhvil verilən Bakının ən iri kompleksi "Renessans Palace" Novruz bayramına özəl olaraq martın 2-dən başlayaraq müştərilərə "Premium bahar" kampaniyasını təqdim edir.

"AS Group Investment"dən "APA-Economics"ə verilən məlumata görə, martın 1-dən aprelin 1-dək "Renessasns Palace"dan "Premium bahar" kampaniyası ilə mənzil alana müştərinin zövqünə uyğun fərdi təmir və ya qaraj hədiyyə olunacaq. Bu kampaniya premium mənzilə sahib olmaq istəyənlər üçün əsl fürsətdir. Baharın xoş anlarını yeni mənzilində qarşılamaq istəyən hər kəs "Renessans Palace"ın bu özəl hədiyyələr imkanından faydalana bilər.

Premium seqmentin keyfiyyət, infrastruktur, xidmət və digər bütün tələblərinə riayət olunmaqla inşa olunan "Renessans Palace" 4 korpus, 20 blok, 1 084 mənzildən ibarətdir. Kompleks 1,5 hektarlıq sakinlər üçün nəzərdə tutulan qapalı həyətə malikdir.

Mənzillərin hündürlüyü standard ölçülərdən (3 metr) daha artıq – 3,35 metrdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd "Mistubishi" markalı sürətli liftlər quraşdırılıb.

Qeyd edək ki, "Renessans Palace"la əlaqə yaratmaq istəyənlər (+994 12) 538-29-77 və ya (+994 50 715-88-88 nömrələrinə zəng vura bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR