"Rolls-Royce" aviamühərrik zavodlarını müvəqqəti bağlayacaq

"Rolls-Royce" aviamühərrik zavodlarını müvəqqəti bağlayacaq
# 08 fevral 2021 10:51 (UTC +04:00)

Böyük Britaniyanın "Rolls-Royce" şirkəti tarixində ilk dəfə təyyarə mühərriklərinin istehsalı müəssisələrinin fəaliyyətini dayandıracaq.

"APA-Economics"in "The Sunday Telegraph" qəzetinə istinadən xəbər verir ki, bu qərar pandemiya səbəbindən qlobal hava daşımalarının azalmasına görə qəbul olunub.

Qəzetin yazdığına görə, fabriklər bu yay ikihəftəlik bağlanacaq, lakin dəqiq tarixləri hələ bilinmir. Şirkətin beynəlxalq aerokosmik şöbəsinin fəaliyyətinin dayandırılması nəticəsində 19 min insan müvəqqəti olaraq işini itirəcək, onlardan 12,5 mini Britaniyada. Bu gedişlə "Rolls-Royce" rəhbərliyi on milyonlarla funt sterlinq həcmində əməkhaqqı, elektrik enerjisi və digər xərclərə qənaət etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR