Rüfət Mahmud: "E-sistemin yeni modulunun istifadəsindən sonra şəhərsalma əsaslandırmasının razılaşdırılması onlayn keçiriləcək"

Rüfət Mahmud: "E-sistemin yeni modulunun istifadəsindən sonra şəhərsalma əsaslandırmasının razılaşdırılması onlayn keçiriləcək"
# 10 iyul 2020 12:47 (UTC +04:00)

"Elektor sistemin (e-sistem)yeni şəhərsalma əsaslandırması təsdiqi modulu istifadəyə veriləndən sonra, demək olar ki, şəhərsalma əsaslandırmasının razılaşdırılması onlayn rejimdə keçirilməsi mümkün olacaq".

"APA-Economics"in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə sahibkarlar üçün birgə təşkil etdiyi "Tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi sahəsində aparılan islahatlar" mövzusunda vebinarda deyib.

Onun sözlərinə görə, şəhərsalma əsaslandırması çox uzun vaxt tələb edən və hazırda kağız üzərində aparılan bir prosesdir. R. Mahmud qeyd edib ki, hazırda sözügedən modul üzərində işlər aparılır və artıq Elektron Hökumətin İnkişaf Mərkəzi ilə müvafiq müqavilələr imzalanıb: "Başqa modullar da olacaq. Sistemin imkanları çox genişdir və inkişaf üçün daim sahibkarların tələblərini öyrənirik, müvafiq qurumlarla sıx əməkdaşlıq edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR