Rusiya ilə Azərbaycan arasında ikitərəfli layihələr müzakirə olunub

Rusiya ilə Azərbaycan arasında ikitərəfli layihələr müzakirə olunub
# 11 iyun 2020 12:40 (UTC +04:00)

İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrlərinin onlayn iclasında Rusiya ilə Azərbaycan arasında ikitərəfli layihələr müzakirə olunub.

"APA-Economics"in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Onun sözlərinə görə, tərəflər əməkdaşlıq məsələlərini, o cümlədən hökumətlərarası komissiyanın növbəti, 19-cu iclasına hazırlıq məsələlərini müzakirə edib: "İqtisadi əməkdaşlığımız altı mövcud yol xəritələrinə əsaslanır. Video-görüşdə tərəflər "yol xəritələri"ndə qeyd olunan bütün layihələrə toxunub və konkret tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulduğunu müəyyən ediblər. Bu tədbirlər işçi qruplar tərəfindən müzakirə olunur və hazırlanır. Əvvəllər danışdığımız layihələrin bu ilin sonunadək başa çatacağı artıq təsdiqlənib. Bunun üçün qarşılıqlı səylər göstəriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR