Rusiyada yeni tikililər bahalaşıb

Rusiyada yeni tikililər bahalaşıb
# 27 may 2020 12:50 (UTC +04:00)

Bu ilin may ayında Rusiyada yeni tikililər bazarında 1 kv. metrin qiyməti orta hesabla 2,3% artıb. Qiymət artımı 62 şəhərdə qeydə alınıb.

"APA-Economics"in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Mənzillər dünyası" portalının analitikləri bildirib.

"May ayında kv. metrin qiyməti orta hesabla 2,3% artaraq 62,4 min rubla (təxminən 877 dollar) çatıb", - deyə məlumatda qeyd olunub.

Məlumata görə, 2020-ci ilin may ayında bir kv. metr üzrə ən böyük artım Vladivostokda (4,1% artaraq 103,6 min rubla (təxminən 1 456 ABŞ dolları) qədər artıb) qeydə alınıb. Artım dinamikası baxımından ilk üçlüyə Moskva (4%, hər kv. metrə 229,7 min rubl – 3 229 dollar) və Soçi (4%, 137 min rubl – 1 926 dollar) daxildir. Sankt-Peterburqda 1 kv. metrin qiyməti 3,2% artaraq 135 min rubl (1 898 dollar) təşkil edib. Digər 38 şəhərdə 3-3,9% artım qeydə alınıb.

Məlumatda həmçinin bildirilir ki, mayda Rusiyada bir mənzilin qiyməti 1,9% artaraq 3,5 mln. rubla (49 199 dollar) çatıb. Eyni zamanda, Moskvanın yeni tikinti bazarında bir mənzilin orta dəyəri 13,6 mln. rubl (191 172 dollar) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR