SAP dünyanın bir çox ölkəsindən intensiv kiberhücumlara məruz qalıb

SAP dünyanın bir çox ölkəsindən intensiv kiberhücumlara məruz qalıb
# 09 aprel 2021 11:58 (UTC +04:00)

SAP şirkəti sistemlərində kritik zəifliklərə etdiyi bir sıra düzəlişlərdən sonra dünyanın hər yerindən intensiv hücumlara məruz qalıb.

APA-Economics” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, hücumlar SAP tətbiqetmələrinin tamamilə ələ keçirilməsinə, məxfi məlumatların oğurlanmasına, maliyyə fırıldaqçılığına, kritik iş proseslərinin pozulmasına, fidiyə və digər zərərli proqramların tətbiqinə səbəb ola bilər.

Hazırda bir neçə kiberqrup aktiv olaraq həssas SAP tətbiqetmələrini axtarır və onlara hücum edir. Hücumlar Honkonq, Hindistan, Yaponiya, Niderland, Sinqapur, Cənubi Koreya, İsveç, Tayvan, İngiltərə, ABŞ, Vyetnam və Yəməndəki şəbəkələrdən qeydə alınıb. Bu qruplardan bəziləri böyük ehtimalla birgə hərəkət edirlər.

Tətbiqetmələrinə giriş əldə edən hakerlər bu zəifliklərdən istifadə edərək SAP sistemləri üzərində tam nəzarət əldə etmək niyyətindədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR