ƏƏSMN avtomobillərin alınmasına 2 mln. manat yönəldəcək - YENİLƏNİB

ƏƏSMN avtomobillərin alınmasına 2 mln. manat yönəldəcək - YENİLƏNİB
  • Clock-gray 16:30
  • calendar-gray 08 Aprel 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərmaş” MMC-dən “Khazar LX” markalı 164 avtomobilin alınacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.

APA-nın xəbərinə görə, Nazirliyin mətbuat katibi Fazil Talıblı bildirib ki, bu il də Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təmin olunması nəzərdə tutulub.

“Alınacaq 164 avtomobil də Qarabağ müharibəsi əlillərinə veriləcək”, - deyə F. Talıblı vurğulayıb.

***

saat 14:43

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 164 ədəd “Khazar LX” markalı minik avtomobillərinin satın alınması üzrə tenderin qalibini müəyyənləşdirib. 

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderin qalibi “Azərmaş” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Şirkətlə dəyəri 1,99 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.

 

Hüseyn Vəliyev

Digər xəbərlər