SOCAR Gürcüstanda azərbaycanlılar yaşayan Qızılhacılı kəndində idman kompleksi tikir - FOTO

SOCAR Gürcüstanda azərbaycanlılar yaşayan Qızılhacılı kəndində idman kompleksi tikir - FOTO
# 21 oktyabr 2020 16:32 (UTC +04:00)

Oktyabrın 21-də Marneuli rayonunun Qızılhacılı kəndində idman kompleksinin təməli qoyulub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, təməlqoyma mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili, Gürcüstan parlamentinin üzvü Savalan Mirzoyev və Marneuli şəhərinin meri Zaur Darğallı iştirak ediblər. İdman kompleksi SOCAR-ın Gürcüstanda həyata keçirdiyi xeyriyyəçilik layihələri çərçivəsində inşa olunacaq.

Qeyd edək ki, SOCAR, Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlamış və ötən müddətdə minlərlə yeni iş yerləri yaradıb. Hazırda SOCAR-ın Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət kommersiya fəaliyyəti ilə yanaşı Gürcüstanda müxtəlif sosial yönümlü layihələri də həyata keçirir. Bu layihələrin bir hissəsi Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha effektli inteqrasiya olunmasına yönəlidilir. “SOCAR Georgia” şirkəti, 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan və bu ölkənin vətəndaşı olan azərbaycanlıların təhsil haqlarını ödəyir. 2008-2019-cu tədris illəri ərzində ümumilikdə 4159 nəfər azərbaycanlı tələbənin təhsil haqqı SOCAR tərəfindən qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR