"SOCAR Polymer" xammal istehsalını 3 dəfədən çox artıracaq

"SOCAR Polymer" xammal istehsalını 3 dəfədən çox artıracaq
  • Clock-gray 12:49
  • calendar-gray 08 İyul 2020

"SOCAR Polymer" MMC xüsusi növ parçaların hazırlanmasında istifadə olunan polipropilen növünün istehsalını genişləndirir.

Azərbaycan İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "SOCAR Polymer" MMC tərəfindən tibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammalın istehsalına başlanıb.

Bu ilin may ayında istehsal 600 tondan çox olub və avqust ayınadək 1 500-2 000 ton məhsul istehsalı planlaşdırılır.

Qeyd edək ki, bu xammaldan qoruyucu maskaların, birdəfəlik tibbi geyimlərin, uşaq bezlərinin, mebel və tikinti təyinatlı parçaların və s. istehsalında istifadə edilir.

Hüseyn Vəliyev

Digər xəbərlər