SOCAR yanacaqdoldurma məntəqələrində QR-kodla ödəniş xidməti tətbiq edilib

SOCAR yanacaqdoldurma məntəqələrində QR-kodla ödəniş xidməti tətbiq edilib
# 14 dekabr 2020 10:48 (UTC +04:00)

SOCAR-ın 35 yanacaqdoldurma məntəqəsində "E-Pul" tətbiqi vasitəsilə QR-kodla ödəniş xidməti tətbiq olunub.

Bunu "APA-Economics"ə "Paysis" şirkətinin baş direktoru Samir Nəsibov deyib.

Onun sözlərinə görə, xidmət, pandemiya zamanı xüsusi üstünlük olan yanacaqdoldurma məntəqələrinin iş qabiliyyətini artıracaq, fiziki təmasları azaldacaq, həmçinin POS-terminalın istifadəsini smartfonla əvəz etməyə imkan yaradacaq.

Öz növbəsində, "SOCAR Petroleum QSC"nin baş direktorun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib ki, QR-kodla ödənişlərin SOCAR-ın yanacaqdoldurma şəbəkəsində tətbiqi müştərilər üçün rahat və təhlükəsiz ödəmə şəraiti yaradacaq, müştəri məmnuniyyətinin səviyyəsinin artırılmasına töhfə verəcək.

Xidmətdən istifadə etmək üçün istehlakçılar "Android" və ya "iOS" üçün "E-Pul" mobil tətbiqini yükləməli, "Visa" kartı qeydiyyatdan keçirilməli və mobil tətbiqetmə ilə əlaqələndirməlidirlər. Operator avtomobildə yanacağı doldurduqdan sonra, sürücü yanacaq pompasına quraşdırılmış QR-kodu "E-Pul" tətbiqi ilə oxutmalıdır.

Tətbiqdə yanacaq üçün ödənməli olunan məbləği bir toxunuşla təsdiqlənəcək, ödəniş haqqında qəbz veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR