Şahin Mustafayev: Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi bu il 60%-dən çox artıb

Şahin Mustafayev: Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi bu il 60%-dən çox artıb
# 09 dekabr 2019 15:49 (UTC +04:00)

Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi ilbəil artır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, əgər ötən il yükdaşımaların həcmi 8 dəfəyədək artmışdırsa, bu ilin ötən dövründə artım 60%-i ötüb: "Artıq ildə 200 min tondan çox yük daşınır".

Baş Nazirin müavini əlavə edib ki, hazırda yeni Şimal-Qərb dəhlizi ilə Rusiya ərazisindən yüklərin Azərbaycan, Gürcüstan və Türkiyə limanlara çıxışla həyata keçirilir: "Bu ilin keçən dövründə sözügedən nəqliyyat dəhlizi ilə daşından yüklərin həcmi 50%-dən çox artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR