Şahin Mustafayev: "Samur çayı üzərində tikilən körpü Azərbaycan-Rusiya əlaqələrinin inkişafına yönəlib"

Şahin Mustafayev: "Samur çayı üzərində tikilən körpü Azərbaycan-Rusiya əlaqələrinin inkişafına yönəlib"
# 09 dekabr 2019 16:05 (UTC +04:00)

Bu ilin sonunadək Samur çayı üzərində inşa olunan körpünün açılış mərasimi keçiriləcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, sözügedən vacib infrastruktur layihəsinin icrasına iki il öncə başlanılıb və layihə artıq tamamlanıb: "Layihə Azərbaycanla Rusiyanın həm ticarət əlaqələrinin, həm də nəqliyyat sektorunda olan əlaqələrin inkişafına yönəlib. Eyni zamanda körpünün inşası vətəndaşların rahat gediş-gəlişi baxımından çox önəmli bir layihədir. Bu ilin sonunadək layihə tamamlanacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR