"Saxo Bank" gələn il üçün qlobal iqtisadiyyat üzrə "şok proqnozlar"ını açıqlayıb

"Saxo Bank" gələn il üçün qlobal iqtisadiyyat üzrə "şok proqnozlar"ını açıqlayıb
# 08 dekabr 2020 15:15 (UTC +04:00)

2021-ci ildə peyk sistemlərinin inkişafı dünyada rabitə qiymətlərinin çökməsinə səbəb olacaq, məlumat mübadiləsinin sürətini isə artıracaq.

"APA-Economics"in məlumatına görə, bu barədə "Saxo Bank"ın "şok proqnozları"nda deyilir.

Burada ilk növbədə, "SpaceX"in "Starlink" peyk qruplaşması qeyd olunur ki, bu peyklərin sayı 2021-ci ilin sonuna 1 500-ə çatacaq. Milyardlarla insana mobil cihazlar vasitəsilə rəqəmsal iqtisadiyyata giriş imkanı verən "fintech" və elektron bankçılıq inqilabı davam edəcək.

Pilotsuz uçuş aparatların inkişafı çatdırılma xidmətində inqilaba səbəb olacaq ki, bu da böyük şəhərlərdən kənarda yaşayış xərclərini aşağı salmağa imkan yaradacaq. Pilotsuz texnologiyalar avtomatlaşdırma ilə yanaşı, kənd təsərrüfatında da tətbiq ediləcək və dünyanın az inkişaf etmiş kənd regionlarında əmək məhsuldarlığını artıracaq.

"Pandemiya adambaşına düşən gəlirlərin ailəni dolandırmaq üçün kifayət olmayacağına gətirib çıxaracaq. Bundan başqa, texnoloji inkişaf, süni intellektin və avtomatlaşdırmanın inkişafı əməkhaqqılarını azaldacaq və bir çox sənayedə iş yerlərinin bağlanmasına səbəb olacaq. Zəruri olmayan iş yerlərinin ləğvi və evdən iş sisteminə keçid şəhər ofislərinin yükünü sıfıra endirəcək. Nəticədə ofis işçilərinə xidmət göstərən mağazalar və restoranların yerləşdiyi ərazilər də daxil olmaqla daşınmaz əmlakın qiymətləri aşağı düşəcək", - bankın proqnozlarında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR