Səfir: "Ümid edirəm, Azərbaycan ABŞ-ın "Təmiz şəbəkə" proqramına qoşulacaq"

Səfir: "Ümid edirəm, Azərbaycan ABŞ-ın "Təmiz şəbəkə" proqramına qoşulacaq"
# 17 dekabr 2020 18:45 (UTC +04:00)

Ümid edirəm, Azərbaycan ABŞ-ın "Təmiz şəbəkə" ("The Clean Network") proqramına qoşularaq onun bir hissəsi olacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger "İnnovasiya həftəsi" çərçivəsində təşkil olunan "World Net Summit" beynəlxalq konfransda deyib.

Səfir qeyd edib ki, ABŞ və bir çox ölkələr məlumatların qeyri-qanuni transferinin qarşısını almaq üçün "Təmiz şəbəkə" proqramını işə salıb və bu təşəbbüs 5G texnologiya imkanlarını təhlükəsiz şəkildə istifadə etməsi və etibarlı olmayan operatorlardan qorunmaq üçün yaradılıb: "Ümid edirik, Azərbaycan sözügedən genişlənən şəbəkəyə qoşulacaq və innovasiyaları təhlükəsiz və etibarlı şəkildə yaradıb, inkişaf etdirilməsinə kömək edəcək".

Səfir əlavə edib ki, gələn il keçiriləcək "İnnovasiya həftəsi" çərçivəsində ABŞ və Azərbaycan davamlı yenilik ekosistemi yaratmaq üçün tərəfdaşlığı daha da sürətlənəcək və bununla da startaplar üçün gözəl imkanlar yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR