Şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək

Şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək
  • Clock-gray 15:52
  • calendar-gray 01 Fevral 2021

Tikinti layihələrinin şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci tarixli qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu tələb Tikinti və Şəhərsalma Məcəlləsinin qüvvəyə mindiyi gündən 8 il sonra  qüvvəyə minməli idi. Layihəyə əsasən isə bu tələb Tikinti və Şəhərsalma Məcəlləsinin qüvvəyə mindiyi gündən 11 il sonra qüvvəyə minməlidir. Beləliklə, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü ildə qüvvəyə minəcək.

Qeyd edək ki, Məcəlləyə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir:

 -  layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda;

- tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Firuzə Vahid

Digər xəbərlər