Sərnişinlərin 3,5%-i ötən il Bakı metrosundan güzəştli şərtlərlə istifadə ediblər

Sərnişinlərin 3,5%-i ötən il Bakı metrosundan güzəştli şərtlərlə istifadə ediblər
# 10 mart 2021 11:52 (UTC +04:00)

Ötən il Bakı metropoliteninin xidmətlərindən 2,6 mln. nəfər güzəştli şərtlərlə istifadə edib ki, bu da daşınmış ümumi sərnişinlərin 3,48%-ni təşkil edir.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, ötən il "Bakı Metropoliteni" QSC üzrə 74,7 mln., əvvəlki ilə nisbətən 68,4% və ya 162 mln. az sərnişin daşınıb.

"2020-ci ildə "Bakı Metropoliteni" QSC-nin istismar fəaliyyəti üçün dövlət büdcəsindən 40 mln. manat subsidiya vəsaiti və pandemiya dövründə bu sahədə zəruri xərclərinin qarşılanması üçün 27 679 min manat maliyyə yardımı ayrılıb", - hesabatda vurğulanır.

Xatırladaq ki, pandemiya səbəbindən il ərzində metropoliteninin sərnişindaşıma fəaliyyəti bir neçə dəfə dayandırılıb. 2020-ci il ərzində metropoliten 202 gün sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR