"Stadler"in növbəti 10 vaqonu Azərbaycana çatdırılıb

"Stadler"in növbəti 10 vaqonu Azərbaycana çatdırılıb
# 18 sentyabr 2020 10:56 (UTC +04:00)

"Stadler Minsk" QSC tərəfindən istehsal olunan növbəti yataq tipli 10 sərnişin vaqonu Azərbaycana çatdırılıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, vaqonlar "Azərbaycan Dəmir Yolları" QSC üçün istehsal edilib. Vaqonların Azərbaycana çatdırılması təxminən iki həftə çəkib.

Birləşdirildikdə 10 yataq tipli vaqonun ümumi uzunluğu 264 metr təşkil edir. Yeni vaqonlar Bakı-Tbilisi-Qars-İstanbul marşrutu üzrə sərnişindaşımalarında istismar olunacaq. Yataq tipli vaqonlar 160 km/saat sürəti üçün nəzərdə tutulub və beş növdədir.

Qeyd edək ki, Azərbaycana yataq vaqonlarının tədarükü üçün müqavilə 2014-cü ildə imzalanıb. İlk 10 yataq tipli vaqon İsveçrənin "Stadler" şirkəti tərəfindən istehsal edilib və 2019-cu il mart ayının sonunda ölkəyə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR