TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 25% azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 25% azalıb
# 21 yanvar 2021 16:36 (UTC +04:00)

Ötən ilin yanvar-noyabr aylarında Avropa-QafqazAsiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 35 549,7 min ton olub ki, bu da illik müqayisədə 25,3% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 19 318,3 min tonu və ya 54,3%-i avtomobil nəqliyyatı, 11 665 min tonu və ya 32,8%-i dəmir yolu nəqliyyatı, 4 566,4 min tonu və ya 12,9%-i dəniz nəqliyyatı ilə daşınıb.

Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 21,2%-i və ya 7 535 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR