TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 27% azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 27% azalıb
  • Clock-gray 10:02
  • calendar-gray 18 Fevral 2021

Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38 491,4 min ton olub, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 27% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 20 656,4 min tonu və ya 53,7%-i avtomobil nəqliyyatı, 12 820,2 min tonu və ya 33,3%-i dəmir yolu nəqliyyatı, 5 014,8 min tonu və ya 13%-i dəniz nəqliyyatı ilə daşınıb.

Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 21,8%-i və ya 8 382,1 min tonunu tranzit yüklər təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər