TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar artıb
# 24 mart 2020 11:11 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 4 294,7 min ton, yük dövriyyəsi isə 915,6 mln. ton-km olub.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin muvafiq dövrü ilə müqayisədə TRACECA-nın Azərbaycan hissəsində yük daşıma 5,5% artıb. Yüklərin 2805,8 min tonu və ya 65,4%-i avtomobil nəqliyyatı, 1092,5 min tonu və ya 25,4%-i dəmir yolu nəqliyyatı, 396,4 min tonu və ya 9,2% dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınan yüklərin 17,8%-i və ya 763,9 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR