TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar azalıb
# 17 noyabr 2020 13:50 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29 865,6 min ton, yük dövriyyəsi isə 6 972,3 mln. ton-km olub ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23% və 15,5% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 16 621,7 min tonu və ya 55,7% avtomobil nəqliyyatı, 9 532,7 min tonu və ya 31,9% dəmir yolu nəqliyyatı, 3 711,2 min tonu və ya 12,4% dəniz nəqliyyatı ilə daşınıb.

Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 20,4% və ya 6 095,3 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR