TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar yanvar-oktyabrda 24% azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar yanvar-oktyabrda 24% azalıb
# 16 dekabr 2020 14:44 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 32 769,3 min ton, yük dövriyyəsi isə 7 731,2 mln. ton-km olub ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24% və 16,1% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 17 968,2 min tonu və ya 54,9%-i avtomobil nəqliyyatı, 10 631,3 min tonu və ya 32,4%-i dəmir yolu nəqliyyatı, 4 169,8 min tonu və ya 12,7%-i dəniz nəqliyyatı ilə daşınıb.

Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 20,8%-i və ya 6 821,8 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR