"TRT World" kanalı "Azerspace-1" peyki ilə yayıma başlayıb

"TRT World" kanalı "Azerspace-1" peyki ilə yayıma başlayıb
# 18 noyabr 2020 12:01 (UTC +04:00)

Türkiyənin beynəlxalq xəbər yayımında aparıcı xəbər kanallarından olan “TRT World” kanalı “Azerspace-1” peykində də yayıma başlayıb.

APA-Economics”in məlumatına görə, bu barədə “Azərkosmos” ASC-ni açıqlamasında deyilir.

Qeyd olunub ki, ingilis dilli xəbər kanalı olaraq “TRT World” aktual mövzuları geniş auditoriya kütləsinə doğru, qərəzsiz və operativ formada təqdim edir. Kanal “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanırş

“Kanalımızın “Azerspace-1” peykində yayımlanmasından olduqca məmnunuq. “TRT World” kanalının strateji əhəmiyyətli regionlarda yayımı bizim üçün xüsusi önəm kəsb edir. “Azərkosmos”la bu əməkdaşlığımız bizə imkan verəcək ki, kanalımızın sosial, humanitar məzmunlu proqramlarını daha çox izləyiciyə çatdıraq”, - deyə “TRT World” kanalının Qlobal rəqəmsal, peyk yayımı və tərəfdaşlıq üzrə rəhbəri Furkan Han bildirib.

“Son aylar ərzində “TRT World” kanalı ilə birgə iş təcrübəmiz gələcək əməkdaşlığımızın təməlini qoydu. “TRT World” kanalı ölkəmizin işğal altındakı əraziləri uğrunda apardığı haqlı mübarizəsini davamlı olaraq dünya ictimaiyyətinə çatdırdı. Bununla yanaşı, əməkdaşlığımız potensial yeni müştərilərin cəlb edilməsinə və xidmət coğrafiyamızın daha da genişləndirilməsinə imkan yaradacaq", - deyə “Azerspace” kommersiya qrupunun rəhbəri Yolçu Həsənov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR