Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının iclası keçirilib

Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının iclası keçirilib
# 15 avqust 2020 10:44 (UTC +04:00)

Regional Rabitə Birliyinin (RRB) Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının 39-cu iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “COVID-19” pandemiyası səbəbindən onlayn formatda təşkil olunmuş iclasda MDB ölkələrində fəaliyyət göstərən rabitə operatorlarının rəhbər şəxsləri iştirak ediblər. Müzakirələrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin Baş direktoru Suat Paşayev də qatılıb.

İclasda ötən ilin nəticələri müzakirə olunub, növbəti il üçün inkişaf planları və qarşılıqlı fəaliyyət hədəfləri müəyyən edilib.

Eyni zamanda, pandemiya dövründə görülən işlərdən, “IoT (Internet of Things – Əşyaların interneti)” texnologiyası üzrə əməkdaşlıq məsələlərindən danışılıb.

Qeyd edək ki, əsası 1991-ci ildə qoyulan Regional Rabitə Birliyinin başlıca fəaliyyət istiqaməti iştirakçı ölkələrin İKT sahəsində qarşılıqlı və faydalı əməkdaşlığının qurulması, informasiya mənbələrinin mübadiləsi, onların qlobal informasiya cəmiyyətinə uğurlu inteqrasiyasını təmin etməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR