"Tesla" ABŞ-da 9 500-dən çox avtomobili geri çağırır

"Tesla" ABŞ-da 9 500-dən çox avtomobili geri çağırır
  • Clock-gray 16:53
  • calendar-gray 25 Noyabr 2020

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" şirkəti asma və dam örtüyündəki qüsurlara görə ölkədə 9 mindən çox avtomobili geri çağıracaq.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Traslarda Hərəkətin Təhlükəsizliyi Milli İdarəsinin (NHTSA) açıqlamasında deyilir.

Xüsusilə şirkət 2016-cı ildə istehsal olunmuş 9 136 vahid "Model X" modelini geri çağıracaq.

"Ön və arxa hissələrdə olan kosmetik dam örtüyü əvvəlcədən astarlanmadan avtomobilə yapışdırılmış ola bilər. Nəticədə, bir və ya hər iki element avtomobil hərəkətdə olarkən nəqliyyat vasitəsindən ayrıla bilər. Bu, yolda təhlükə yaradıb, qəza riskini artıra bilər. "Tesla" geri çağırılan nəqliyyat vasitələrinin sahiblərini xəbərdar edəcək və dilerlər hər iki elementi testdən keçirəcək", - açıqlamada deyilir.

Bundan əlavə, "Tesla" 2020-ci ilin "Model Y" avtomobillərinin 401-ni geri çağıracaq.

Xatırladaq ki, "Tesla Motors" şirkəti 2003-cü ildə elektrikli nəqliyyat vasitələri və bununla əlaqədar texnologiyaların inkişafetdiricisi və istehsalçısı kimi təsis edilib. Şirkət həmçinin, “Toyota” və “Daimler” kimi avtomobil nəhəngləri üçün batareyalar və elektrik mühərrikləri istehsal edir.

APA-Economics

Digər xəbərlər