Torpaq sürüşməsi ilə əlaqədar Səbail rayonunda suyun verilməsi dayandırılıb

Torpaq sürüşməsi ilə əlaqədar Səbail rayonunda suyun verilməsi dayandırılıb
# 25 noyabr 2019 10:40 (UTC +04:00)

Torpaq sürüşməsi ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərində suyun verilməsi dayandırılıb.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR