Tərtərin Şıxarx qəsəbəsində düşmən atəşi nəticəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır - FOTO

Tərtərin Şıxarx qəsəbəsində düşmən atəşi nəticəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır - FOTO
  • Clock-gray 17:44
  • calendar-gray 25 Noyabr 2020

Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəbəsində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində qaz təsərrüfatına dəyən ziyan aradan qaldırılır.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə Bakıdan Tərtər rayonuna bir neçə tikinti heyəti yola salınıb. Lazımi avadanlıqlarla təchizat məsələləri də yüksək səviyyədə həll olunur.

Qeyd edək ki, Şıxarx qəsəbəsində 34 yaşayış binasında hazırda 1 172 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bölgədə yalnız bu ərazidə sakinlər qaz almır. Döyüşlər zamanı düşmənin qaz təsərrüfatına ziyan vurduğu Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan digər rayonlarda – Ağdam, Ağcabədi, Bərdə, Beyləqan və Füzulidə bütün problemlər aradan qaldırılıb.

APA-Economics

Digər xəbərlər