Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu dronlardan istifadə edəcək

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu dronlardan istifadə edəcək
  • Clock-gray 16:25
  • calendar-gray 16 Dekabr 2019

AMEA Yüksək Texnologiyalar Parkı və Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun qabaqcıl texnologiyaların kənd təsərrüfatında da tətbiqinə dair əməkdaşlıq edəcəklər.

Yüksək Texnologiyalar Parkından "APA-Economics"ə verilən məlumata görə, qurumlar arasında keçirilən görüşdə pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər geniş müzakirə olunub.

İnstitutun nümayəndələri dronların istehsal prosesi ilə tanış olublar. Tərəflər arasında həyata keçiriləcək layihənin fəaliyyət istiqamətləri razılaşdırılıb və əldə olunan ilkin razılığa əsasən birgə layihəyə start veriləcək.

Hüseyn Vəliyev

Digər xəbərlər