Türkiyə ilə Rusiya arasında uçuşlar iyulun 15-dən bərpa oluna bilər

Türkiyə ilə Rusiya arasında uçuşlar iyulun 15-dən bərpa oluna bilər
# 11 iyun 2020 17:52 (UTC +04:00)

Türkiyə Rusiyaya müntəzəm uçuşların iyulun 15-dən etibarən bərpa olunmasını gözləyir və hazırda Rusiya tərəfindən təsdiq gözləyir.

APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, İstanbul və Ankara hava limanlarından beynəlxalq reyslər koronavirus pandemiyası səbəbindən 2,5 aylıq fasilədən sonra bərpa edilib. Belə ki, artıq Türkiyədən Almaniya, Böyük Britaniya və Hollandiyaya uçuşlar həyata keçirilir.

Türkiyə ilə Qazaxıstan arasında hava əlaqələrinin iyunun 20-də, Ukrayna və Belarus ilə iyulun 1-dən, ABŞ-a isə sentyabrın 1-dən bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, vətəndaşlıqdan asılı olmayaraq Türkiyəyə gələn bütün sərnişinlər sağlamlıq müayinəsindən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR